Əzələli olmaq istəyənlərin nəzərinə: Bu qidaları qəbul edin


Digərləri 23 İyl 2018 23:07:00 324 0

Əzələli olmaq istəyənlərin nəzərinə: Bu qidaları qəbul edin

Əzələli bədənə malik olmaq xüsusilə kişilərin ən böyük arzularından biridir.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bu istəyə nail olmaq üçün sadəcə idmanla məşğul olmaq kifayət deyil. Eyni zamanda idmandan əvvəl və sonra qəbul edilən qida rasionuna da diqqət edilməlidir. Bəzi qidalar əzələnin inkişafı prosesini gücləndirərək lazımından artıq enerji sərf etməyinizin qarşısını alır.

Həmin qidaları təqdim edirik:

Yumurta - Bir yumurtanın tərkibində orta hesabla 6-8 qram protein var. Eyni zamanda yumurta vitamin, dəmir və kalsiumla da zəngindir.

Balıq yağı - Bu məhsul orqanizmdə maddələr mübadiləsini sürətləndirir.

Toyuq - Hər bir toyuğun tərkibində 30-100 qram protein olur.

Yulaf - Bu lifli qida proteinlə yanaşı, minerallarla da zəngindir.

Ananas - Bu meyvənin tərkibində olan bromelein adlı maddə proteinin "emal olunmasına" kömək edir. Bununla yanaşı əzələ iltihabını təmizləyir.