İranda ardıcıl iki zəlzələ baş verib


Dünya 23 İyl 2018 22:49:00 238 0

İranda ardıcıl iki zəlzələ baş verib

İranda ardıcıl iki zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, yerli vaxtla saat 20:09-da paytaxt Tehrandan 190 km şərqdə 3,5 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 20:30-da 3,5 maqnitudalı təkanlar ölkənin qərb bölgəsində, Kermanşah şəhərindən 80 km şimal qərbdə qeydə alınıb.