Ən yaxşı çimərlik qidası


Digərləri 23 İyl 2018 22:58:00 338 0

Ən yaxşı çimərlik qidası

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir. Orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan araşdırmalar qarpızın ən yaxşı çimərlik qidası olduğunu müəyyən edib.

Qarpızın tərkibində olan bir sıra maddələr insan orqanizminin temperaturunu aşağı salır, təzyiqi tənzimləyir. Ona görə də qarpız yeyilməsi günvurma ilə üzləşmək təhlükəsini azaldır. Tərləməni tezləşdirən qarpız eyni zamanda istiyə, eləcə də günvurmaya davamlılığı da artırır.