Yol qəzası baş verib, xəsarət alanlar var


Digərləri 23 İyl 2018 22:40:00 379 0

Yol qəzası baş verib, xəsarət alanlar var

Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki, "VAZ 21012" markalı maşın "VAZ 21015" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.