Tənha qadın, xoşbəxtsənmi?


Digərləri 23 İyl 2018 22:44:00 988 0

Tənha qadın, xoşbəxtsənmi?

"Daha bəsdir! Tənhalıqdan bezmişəm. Ürəyiməyatan biri olsa münasibət quracam"... Bu, özünü yalqız hiss edən hər bir qadının ürəyindən keçən sözlərdir... Qadınlar onun qonur gözlərinin vurğunudur. Onun cəlbedici baxışları qızları ahunrəba kimi özünə tərəf çəkir. Amma o, iki saatdan bir sənə zəng edib, birlikdə nahar etməyə can atır. Çox nəvazişli, perspektivli, bacarıqlı insandır. Həm də sənə təriflər yağdırmaqdan doymur. Sən isə bunun müqabilində onda hansısa bir qüsur axtarırsan. Ürəyini şübhələr didir, bəhanələr axtarırsan. Problemin onda yox, səndə olduğu açıq-aşkar ortadadır. Sadəcə, həqiqət odur ki, sizin sevgi əsl deyil. Bunu isə ancaq sən bilirsən.

Son.az axşam.az-a istinadən tənhalığın səbəblərini təqdim edir:

1. Bridcet Cons sindromu

"Kaş həmişə dar olan şalvarım bu dəfə əynimə rahat gələydi və məhz o- sevdiyim insan mənə komplimentlər deyəydi...". Təbii ki, bu, sənin üçün xəyaldan artıq bir şey deyil. Çünki sən özünü yaxşı olan heç nəyə layiq bilmirsən. Dünən kafedə yan masada oturan qarayanız, "şirin" oğlan sənə tərəf baxmadı? Sən isə bunu çox istəyirdin. O zaman sənin üçün ən ideal çıxış yolu şokoladlı pirojna yeyib, qəhərini şirniyyat ilə öldürmək idi. Nəticə: 1 kq. artıq çəki və bir az da eybəcərləşmək!

Bu, sənin xasiyyətindir! • Düşünürsən ki, qarşılaşdığın hər problem sənin sevgilisiz olmağın ucbatından baş verir.

• Parklarda əl-ələ gəzib, qol-boyun olub, sevişən gənclər səni əsəbiləşdirir. Onları "ədəbsiz" adlandırırsan.

• Tədbirlərdən imtina edirsən. Çünki ora dəvətnamə ikinəfərlikdir.

• Kinoteatrda yeni premyeralardan xəbərsizsən. Çünki düşünürsən ki, kinoya tək getmək ancaq ağılsızların ağlına gələ bilər.

Çıxış yolu Əgər sən tərəfə heç kim baxmırsa, problemi özündə axtar. Hər oğlanın rədd cavabı müqabilində depressiyaya düşsən, daha da uçuruma yuvarlanarsan. Beləcə, ömür boyu tək qalmaq ehtimalı 99%-ə çatacaq. Qarşına bir kağız qoyub, əlinə qələm götür. Vərəqdə "Plan №1" yaz. Qarşındakı ilk və konkret məqsəd özünə layiqli bir oğlan tapmaqdır. Əgər bu günə kimi hazırkı imicin və xasiyyətinlə yaxşı heç nə əldə edə bilməmisənsə, demək, dəyişmək zamanıdır. Bunun üçün həm xasiyyətində, həm də görkəmində əməlli- başlı dəyişiklik etməlisən.

Qızlar arasında sənin də danışmağa sözün olsun deyə, kimlə oldu münasibət qurmaq olmaz. Söhbət naminə qurulan münasibət qısaömürlü romana gətirib çıxarır. Bu "sevgi oyununda" qəlbi qırılan məhz sən olacaqsan. Rəfiqələrinin şəxsi həyatına müdaxilə etməsinə imkan vermə. Tənha olduğunu görüb, kompaniya xatirinə səni kiminləsə tanış etməyə çalışajaqlar. Rəfiqələrinin "filankəsin dostu çox gözəl, imkanlı oğlandır. Ağlın olsun, onu əldən buraxma. Elə onun da səndən xoşu gəlir" kimi sözləri sənə böyük ümidlər verəcək. Münasibət isə evliliklə yox, ayrılıqla bitəcək.

2. Şəxsi həyatında vəziyyət necədir?!