Avtomobil piyadanı vurub


Digərləri 23 İyl 2018 22:15:00 314 0

Avtomobil piyadanı vurub

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Əsrik Cırdaxan kənd yolunda baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu maşın vurub. Yaralı piyada rayon xəstəxanasına aparılıb, ilkin yardımdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.