Bakıda müğənni oxumağa gəldiyi restoranın qarşısında döyülüb


Kriminal 23 İyl 2018 22:00:00 324 0

Bakıda müğənni oxumağa gəldiyi restoranın qarşısında döyülüb

Bakıda müğənni oxumağa gəldiyi restoranın qarşısında döyülüb. 

Son.az bildirir ki, hadisə axşam saatlarında paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki bir restoranın qarşısında baş verib.

Müğənni Namiq Gərayzadə deyir ki, bir neçə gün əvvəl telefon vasitəsi ilə ona toy sifariş ediblər. O, məclisin başlamasına yarım saat qalmış həmin restoranın qarşısına gəlib. Zərərçəkmiş iddia edir ki, avtomobilini park edərkən restoranın mühafizəçiləri ona maşını həmin yerdə saxlamamağı bildiriblər. Bu zaman mübahisə baş verib və onu döyüblər. 

Toy sahibinin müdaxiləsi ilə ara sakitləşib və yaralı halda olan müğənni təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Həmin vaxt müğənni ''102'' zəng mərkəzinə də hadisə ilə bağlı məlumat verib. 

Sözügedən restoranın inzibatçısı isə bildirdi ki, onlar belə bir hadisədən xəbərsizdirlər.