Obyektlərə və avtomobillərə qənim kəsilən şəxs yaxalanıb VİDEO


Kriminal 23 İyl 2018 21:45:00 292 0

Obyektlərə və avtomobillərə qənim kəsilən şəxs yaxalanıb  VİDEO

Abşeronda obyektlərdən və avtomobillərdən oğurluq edən gənc saxlanılıb.

Son.az bildirir ki, Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq edən, əslən Yardımlıdan olan 18 yaşlı Rəhman Dadaşzadə tutulub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs 7 obyektdən oğurluq edib. O, pul, noutbuk, telefon aksesuarları və digər qiymətli əşyalar oğurlayıb.

Rəhman Dadaşzadə obyektlərə əsasən pul oğurlamaq üçün girdiyini deyib. Oğurladığı əşyaları dəyər-dəyməzinə sataraq əldə etdiyi pulu xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda vədəndaşlara dəymiş ziyanın məbləği müəyyənləşdirilir.