Göyçayda "Surxay qalası" və meşə sahəsi yanır


Digərləri 23 İyl 2018 21:40:00 406 0

Göyçayda "Surxay qalası" və meşə sahəsi yanır

Göyçayda "Surxay qalası" adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.