Ermənistan Rusiya ilə hərbi ittifaqı pozur GƏRGİNLİK ARTIR VİDEO


Digərləri 23 İyl 2018 21:25:00 298 0

Ermənistan Rusiya ilə hərbi ittifaqı pozur  GƏRGİNLİK ARTIR  VİDEO

Ermənistan Gümrüdəki rus qoşunlarının statusuna yenidən baxa bilər.

Son.az bildirir ki, bu açıqlama ilə Ermənistanın müdafiə naziri David Tonoyan çıxış edib. Buna səbəb kimi isə iyulun 17-də Rus qoşunlarının Şirak bölgəsinin Panik kəndində yerli əhaliyə xəbərdarlıq etmədən təlim keçirməsi olub. Belə ki, qorxuya düşən kənd əhalisi təşviş keçirib və Azərbaycanla müharibənin başlandığını zənn edib. Daha sonra isə məsələnin əsl mahiyyəti üzə çıxanda əhali rus qoşunlarına öz etirazını bildirib.

Ermənistan müdafiə nazirinin rus qoşunlarının statusu ilə bağlı iddiası ilə birmənalı qarşılanmayıb. Bir sıra erməni, eləcə də rusiyalı ekspertlər bu açıqlamanı Rusiya ilə Ermənistan arasındakı hərbi ittifaqın pozulması kimi qiymətləndiriblər. Hətta bəzi rusiyalı ekspertlər bu açıqlamanı indiyədək Ermənistan tərəfindən Rusiyaya qarşı verilən ən sərt bəyanat da adlandırıblar.

Sabiq korpus komandiri Yaşar Aydəmirov bildirir ki, rus ordusunun təlimindən ermənilərin qorxması, əslində onların Azərbaycan ordusundan necə qorxduqlarının bir nümunəsidir.

General-leytenant Yaşar Aydəmirov deyir ki, Ermənistanın Rusiya ordusuna qarşı atdığı bu addımlar hansısa Avropa qurumlarından maddi yardımlar almaq üçün bir ssenaridir.