Bakıda evlər ucuzlaşdı, mövsümlə bağlı bağ evləri bazarında isə...


Digərləri 23 İyl 2018 21:05:00 330 0

Bakıda evlər ucuzlaşdı, mövsümlə bağlı bağ evləri bazarında isə...

2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,57 faiz azalıb.

Son.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:

"Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 1,67 faiz, təkrar mənzil bazarında 0,21 faiz, torpaq bazarında 2,35 faiz, kommersiya obyektləri bazarında 0,52 faiz azalıb. Mənzil kirayəsi 1,24 faiz, kommersiya obyektlərinin icarəsi 1,77 faiz ucuzlaşıb. Fərdi evlər və bağ evləri bazarında isə qiymətlər iyun ayında 2,7 faiz artıb".

O qeyd edib ki, iyun ayında qiymətlərin azalması bazar üçün adi haldır: