Azərbaycanda Strasburq Universitetinin standartları əsasında laboratoriyalar qurulur


Digərləri 23 İyl 2018 20:57:00 299 0

Azərbaycanda Strasburq Universitetinin standartları əsasında laboratoriyalar qurulur

2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci tədris binasında yerləşən 2500 kv/m-lik ərazisində ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib.

O qeyd edib ki, laboratoriyaların tikilməsinə və əsaslı təmir olunmasına 2016-cı ilin sonundan başlanılıb:

"Laboratoriyalara avadanlıqların alınması və quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikilişi, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edir".