"Torpaqların qanunsuz zəbt olunması ilə bağlı bu il 340 protokol tərtib olunub"


Digərləri 23 İyl 2018 20:35:00 234 0

"Torpaqların qanunsuz zəbt olunması ilə bağlı bu il 340 protokol tərtib olunub"

Bu ilin ilk iki rübü ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaq bazarının təşkili, əsassız zəbt olunması və bir sıra istiqamətlərdə nəzarət tədbirləri davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 340 hal üzrə inzibati protokol tərtib olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə deyib.

Komitə sədri deyib ki, ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri ilə bağlı ictimai təqdimatlar keçirilib və bu məlumatlar elektron şəkildə yerli icra hakimiyyətinin, aidiyyəti qurumların xidməti istifadəsinə təqdim edilib.