Vikiçilər Rasim Balayevin 70 illiyini belə təbrik etdilər


Digərləri 23 İyl 2018 20:37:00 300 0

Vikiçilər  Rasim Balayevin 70 illiyini belə təbrik etdilər

AMEA Mərkəzi Elmi Kitabxanası və  "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqaləsi dörd dilə çevrilib. 

Rasim Balayev haqqında  AMEA MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri  tərəfindən ərəb, fars, gürcü, türk dilli vikipediyalarda məqalələr yaradılıb. Məqalələr gürcü dilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəb dilli və fars dilli  vikipediyada tərcüməçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

https://ar.wikipedia.org/wiki/%D8%B1%D8%A7%D8%B3%D9%85_%D8%A8%D8%A7%D9%84%D8%A7%D9%8A%D9%8A%D9%81

https://fa.wikipedia.org/wiki/%D8%B1%D8%A7%D8%B3%DB%8C%D9%85_%D8%A8%D8%A7%D9%84%D8%A7%DB%8C%D9%81