Simge ayrıldıqlarını etiraf etdi


Digərləri 23 İyl 2018 20:00:00 234 0

Simge ayrıldıqlarını etiraf etdi

Türkiyəli müğənni Simge sevgilisi Ozan Bayraşadan ayrılıb. Son.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu barədə özü açıqlama verib. Simge Ozanla ayrılsalar da, dost qaldıqlarını deyib: "Ozanla 4 illik münasibət yaşadıq. Amma artıq bitirmək qərarına gəldik. İkimiz də yorulduq və mədəni formada ayrıldıq. 10 günə yaxındır ki, ayrılmışıq. İdmanla məşğul oluram, enerjimi işimə sərf etməyə çalııram. İstəyirəm hər kəs yaxşı olsun. Ozanın da yaxşı olmasını istəyirəm".