DGKdan yayılan video ilə bağlı


Digərləri 23 İyl 2018 19:33:00 255 0

DGKdan yayılan video ilə bağlı

İyulun 22-də sosial şəbəkələrdə Türkiyə Respublikasının vətəndaşı Davud Tonyalı adlı şəxsə istinadən Azərbaycan gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb. 64 yaşı olduğunu bildirən həmin şəxs Azərbaycan gömrüyündə problemlərlə qarşılaşdığını və ondan qanunsuz vəsait tələb olunduğunu iddia edir.

Son.az Trend-ə istinadən bildirir ki, həmin videoda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayımlanıb: "Videoda irəli sürülən iddialar hər hansı fakta söykənmir. Üstəlik, vaxtı, tarixi, məkanı və kim tərəfindən qeydə alındığı məlum olmayan məlumatı verən mənbənin etibarlılığı da şübhə doğurur. Ölkəmizə səyahət edib-etmədiyinə, gömrük və ya digər dövlət orqanlarında, iddia olunduğu kimi, haqsızlıqlarla qarşılaşdığına dair faktlar olmadığı halda, hər hansı bir şəxsin dövlətin strateji qurumlarından biri haqqında əsassız iddialarını yayımlamaq ya naşılıq, ya da qərəzdir.

Lakin Dövlət Gömrük Komitəsinin sözügedən şəxsin videodakı ad və soyadına əsaslanaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 1955-ci il təvəllüdlü Davud Tonyalı sonuncu dəfə 2008-ci ildə Azərbaycan Respublikasına səyahət edib. Araşdırma zamanı həmin şəxsin gömrük orqanlarından narazılığına dair hər hansı fakt aşkar edilməyib. 10 il əvvəl ölkəyə gələn şəxsin iddialarının doğruluğuna inanmaq üçün isə, Anadoludakı el məsəlində də deyildiyi kimi, "min nəfər şahid" lazımdır.