151 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)


Digərləri 23 İyl 2018 19:32:00 214 0

151 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər Saatlı, Beyləqan, Goranbay kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir-tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.