Türkiyədə ödəniş edib əsgərliyə getməmək mümkün olacaqmı?


Dünya 23 İyl 2018 19:24:00 266 0

Türkiyədə ödəniş edib əsgərliyə getməmək mümkün olacaqmı?

Türkiyə vətəndaşları ödəniş müqabilində hərbi xidmət keçməkdən imtina edə bilərlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Türkiyə parlamentində müvafiq ödəniş əsasında hərbi xidmət keçməkdən imtina məsələsi müzakirə olunacaq.

Yeni qanun layihəsi 1993-cü il dekabrın 31-dək anadan olan Türkiyə vətəndaşlarının 21 min lirə ödəməklə hərbi xidmətdən azad edilməsinə imkan verir. Bununla belə, 21 gün hərbi xidmətdə olmaq mütləqdir.