Sıla, ya Murad Boz?


Digərləri 23 İyl 2018 19:30:00 349 0

Sıla, ya Murad Boz?

Bu ilin sonunda Türkiyənin iki pop ulduzu Murad Boz və Sıla Bakıya gələcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Murad dekabrın 21-i, Sıla isə dekabrın 29-da Bakı Konqres Mərkəzinin səhnəsinə çıxacaq. 

M. Boz paytaxtda dəfələrlə konsert versə də, Sılanın Azərbaycana ilk səfəri olacaq. 

Hər iki müğənninin bilet qiymətlərində fərq var. Belə ki, Murad üçün 70-500 AZN, Sılanı görmək üçün isə 30-400 manatınızdan keçməli olacaqsız. 


Xəbərə aid fotolar