Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu (FOTO)


Digərləri 23 İyl 2018 19:15:00 214 0

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu (FOTO)

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Bakı. 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Trend-in məlumatına görə, Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi - Murad Əliyev və Kamil Nəbiyev yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvəsini sınayıblar.