Pərviz Şahbazov: TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib


Digərləri 23 İyl 2018 19:00:00 297 0

Pərviz Şahbazov: TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb.

Bakı. Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafında, xüsusilə də Bolqarıstanın qazla təchizatında “Cənub Qaz Dəhlizi” layihəsinin rolu və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Energetika naziri layihənin üzvü kimi Bolqarıstanın mövqeyini və Məşvərət Şurasının iclaslarında mütəmadi iştirakını yüksək qiymətləndirib. “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəməri” və TANAP layihələrinin uğurla reallaşdırıldığını və Trans-Adriatik (TAP) Boru Kəməri üzrə işlərin 75 faiz icra olunduğunu qeyd edən nazir Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) icra vəziyyəti ilə maraqlanıb.