Gürcüstana narkotik vasitə keçirilməsinin qarşısı alındı


Kriminal 23 İyl 2018 18:42:00 262 0

Gürcüstana narkotik vasitə keçirilməsinin qarşısı alındı

Kinoloji xidmət itinin tətbiqi ilə psixotrop maddə və narkotik vasitə aşkar edilib.

DGK-dan Son.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

"Scania" markalı həmin avtomobilə baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Bu səbəbdən avtomobilin kabinəsi əsaslı yoxlanılıb. Yoxlama nəticəsində 1 ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və 2 ədəd plastik qabda, cəmi 160 ml həcmində metadon məhlulu aşkar olunub.

Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkar edilib.