“Nar” mətbuat nümayəndələrini təbrik etdi


Digərləri 23 İyl 2018 18:50:00 210 0

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

Milli Mətbuat Günü münasibətilə "Nar" mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil etdi. 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirildi. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.

"Nar" mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirdə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik etdi. Ə.Axundov hər zaman "Nar"-ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək "Nar"-ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirdi. 

2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak etdi. "Molla Nəsrəddin", "Həyat" və "Şərqi rus" komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Qalib komandalar "Nar"-dan dəyərli hədiyyələr qazandı.