Vaqif Dərgahlı: "Afərin Hovannisyana ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib"


Digərləri 23 İyl 2018 18:43:00 229 0

Vaqif Dərgahlı: "Afərin Hovannisyana ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib"

"Afərin Hovannisyana ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib".

Bakı. Elçin Mehdiyev - "Bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi "Google Earth" vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla da erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər". Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı bildirib.