Ramil Şeydayev Trabzonspor-un baş məşqçisini gücünə inandıra bildi


İdman 23 İyl 2018 18:04:00 305 0

Ramil Şeydayev Trabzonspor-un baş məşqçisini gücünə inandıra bildi

Millimizin hücumçusu Ramil Şeydayevin növbəti mövsüm üçün Trabzonspor-da qala bilər. Goal.az xəbər verir ki, ilkin olaraq onu icarəyə göndərməyi planlaşdıran məşqçilər heyəti qərarını dəyişmək üzrədir.

Sloveniya toplanışına sönük başlayan 22 yaşlı futbolçunun göndərilməsi gündəmdə idi. Lakin getdikcə özünü yaxşı tərəfdən göstərməsi və ikitərəfli oyunda 5 qol vurması baş məşqçi Ünal Karamanı fikrindən daşındırıb. 52 yaşlı mütəxissis indi yığmamızın üzvünün qalmasının tərəfdarıdır. O, Ramili gələn mövsüm əsas hücumçu Burak Yılmaza alternativ qismində görür.

Şeydayevin Trabzonspor-la müqavilə müddəti 2020-ci ilin yayına kimi qüvvədədir.