Mətbuat günü Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə jurnalistlərin səfəri təşkil olunub (FOTO)


Digərləri 23 İyl 2018 17:02:59 284 0

Mətbuat günü  Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə jurnalistlərin səfəri təşkil olunub (FOTO)

Milli mətbuatın yaradılmasının 143 illiyi ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərin Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə səfərini təşkil edib.

Bakı. Milli mətbuatın yaradılmasının 143 illiyi ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərin Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə səfərini təşkil edib. QSC-dən Trend-ə verilən məlumata görə, KİV nümayəndələri istirahət Mərkəzində yaradılan şəraitlə taniş olublar. Media nümayəndələrinin istirahət mərkəzində qarşılayan Azərbaycan Dəmiryolçularının Müstəqil Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri Fəzail Bağırov jurnalistlərə burada görülən işlər barədə ətraflı məlumat verib. Sonra keçirilən bayram tədbirində “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova çıxış edərək bildirib ki, 22 iyul - milli mətbuat günü ölkədə geniş qeyd olunur. Əsası böyük maarifçi, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı bu gün böyük inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizdə söz azadlığına verilən böyük imkanlardan mətbuat işçiləri üçün dolğun şərait yaradılıb.