Karius yenə səhv etdi, bu dəfə tənqidlərə cavab verdi


İdman 23 İyl 2018 17:00:00 241 0

Karius yenə səhv etdi, bu dəfə tənqidlərə cavab verdi

Liverpool-un qapıçısı Loris Karius Borussia Dortmundla (1:3) ona ünvanlanan tənqidlərə cavab verib. Goal.az xəbər verir ki, alman qolkiper bu barədə instaqram hesabında paylaşım edib.

“Başqalarının səhv etməsini, əziyyət çəkməsini izləməyi sevənlərə müraciət edirəm. Bilmirəm, həyatınızda bu qədər kinli olmağınıza səbəb olacaq hansı hadisələr baş verib, ancaq ümid edirəm ki, onlar geridə qalacaq və gözəl günlər sizin üçün də gələcək”

Borussia ilə matçda Loris Karius nəticəyə təsir edə biləcək iki səhvə yol vermişdi.