Gəncənin Şah Abbas karvansarası turizm məqsədləri üçün istifadə olunacaq (FOTO)


Digərləri 23 İyl 2018 16:44:00 244 0

Gəncənin Şah Abbas karvansarası turizm məqsədləri üçün istifadə olunacaq (FOTO)

Gəncənin Şah Abbas karvansarası turizm məqsədləri üçün istifadə olunacaq.

Bakı. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Gəncə şəhərində yerləşən bir sıra tarixi abidələrə baş çəkib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə ilk olaraq Gəncə Qala Qapıları Kompleksi ilə tanışlıq olub. Burada məlumat verilib ki, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Burada Gəncə əhalisinin məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binası kimi istifadə olunur. Sonra Nizami Gəncəvi məqbərəsi kompleksi və Nizami Gəncəvi Muzeyi ilə tanışlıq olub. Bildirilib ki, Nizami Gəncəvinin türbə kompleksi 2012-ci ildə yenidən qurulub, burada əsaslı təmir-bərpa işləri aparılıb. Daha sonra Şah Abbas karvansarasında aparılan təmir-bərpa işləri ilə tanışlıq olub.