Gürcüstan Ombudsmanı: “Azərbaycanın təqdim etdiyi dərsliklər standartlarımıza uyğun deyil”


Digərləri 23 İyl 2018 16:32:00 248 0

Gürcüstan Ombudsmanı: “Azərbaycanın təqdim etdiyi dərsliklər standartlarımıza uyğun deyil”

"Azərbaycan və Ermənistan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil".

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, Ermənistan bu yaxınlarda 12 illik təhsil sisteminə keçib: "Azərbaycanda isə 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir".