Zəif nəticə göstərən müəllimlər ödənişli hazırlığa cəlb olunur?


Digərləri 23 İyl 2018 16:40:00 271 0

Zəif nəticə göstərən müəllimlər ödənişli hazırlığa cəlb olunur?

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlar verirlər.

O, bu məlumatların heç bir əsasının olmadığını söyləyib.