2 tona yaxın xaşxaş kolu məhv edildi FOTO


Digərləri 23 İyl 2018 16:28:00 372 0

2 tona yaxın xaşxaş kolu məhv edildi  FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkar olunub.

DSX-dən Son.az-a verilən məlumata görə, 2018-ci ilin 19 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Lerik rayonunun Orand və Hildərə kəndlərinin sərhəd xəttinə yaxın ərazilərində aqrotexniki qulluq olunmamış 78 560 ədəd, ümumi çəkisi 1 960 kiloqram xaş-xaş kolunun yabanı halda bitməsi müəyyən edilib.


Xəbərə aid fotolar