"AzSığorta" iri həcmli sığorta ödənişləri edib


Digərləri 23 İyl 2018 16:25:00 246 0

"AzSığorta" iri həcmli sığorta ödənişləri edib

"AzSığorta" iri həcmli sığorta ödənişləri edib.

Bakı. "AzSığorta" şirkəti “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, Lənkəran şəhərində yerləşən istirahət mərkəzlərindən birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın, digərində isə leysan səbəbindən subasma hadisəsi baş verib. Həmçinin Bakı şəhərində yerləşən ofis binalarının birində çəkilmiş elektrik xətlərində qısaqapanma baş verib. "AzSığorta" əmlaka dəymiş ziyanı qarşılayaraq müvafiq olaraq 100 240 manat, 129 904 manat və 95 006 manat dəyərində sığorta ödənişi edib.