Təhsil Nazirliyi zəif nəticə göstərən müəllimlərin ödənişli hazırlığa cəlbi ilə bağlı məlumatlara aydınlıq gətirdi


Digərləri 23 İyl 2018 16:13:00 239 0

Təhsil Nazirliyi zəif nəticə göstərən müəllimlərin ödənişli hazırlığa cəlbi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlar verirlər.