Arsenal-ın sabiq futbolçusu SPAL-da


İdman 23 İyl 2018 16:00:00 278 0

Arsenal-ın sabiq futbolçusu SPAL-da

Arsenal-ın sabiq futbolçusu Yohan Curu karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Goal.az xəbər verir ki, İsveçrə millisinin üzvü SPAL-la anlaşıb. 2017-ci ildən Antalyaspor-da çıxış edən Curu İtaliya klubuna azad agent kimi keçib. Onunla 1+1 illik müqavilə imzalanıb.

Arsenal-ın yetirməsi olan 31 yaşlı futbolçu karyerası ərzində Birmingham, Hannover, Hamburg klublarında da forma geyinib.