XİN rəhbərlərinin görüşünün yeri və tarixi dəqiqləşdiriləcək


Digərləri 23 İyl 2018 15:48:00 217 0

XİN rəhbərlərinin görüşünün yeri və tarixi dəqiqləşdiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi barədə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təkliflər gələcək.

Son.az Trend-i istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəsmisinin sözlərinə görə, bu təkliflər əsasında növbəti görüşün yeri və tarixi dəqiqləşdiriləcək.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud formatda substantiv danışıqların davam etdirilməsinin tərəfdarıdır.