Bank Respublika media nümayəndələri üçün presstur təşkil etdi


Digərləri 23 İyl 2018 15:40:00 279 0

Bank Respublika media nümayəndələri üçün presstur təşkil etdi

143 il öncə iyulun 22-də Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulmuşdur. Bu əlamətdar tarixlə bağlı olaraqBank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil etdi. 

Press tur Milli mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başladı. Daha sonra press tur iştirakçıları Qusar şəhərinə səyahət edərək orada yerləşən otellərin birində peşəkar biznes və həyat kouçu Könül Babayeva tərəfindən maraqlı və faydalı təlim keçdilər. Təlimçi jurnalistlərə həyat və biznes məqsədlərinə necə çatması üzrə önəmli məsləhətlər verdi. İnteraktiv keçən təlimdə media nümayəndələri də öz təcrübə və fikirlərini bölüşdülər.

Təlimdən sonra iştirakçılar üçün Qusar rayonunda yerləşən və Bank Respublikanın uzun müddətdir dəstək verdiyi biznes təsərrüfatlarından birinin meyvə bağlarına ekskursiya təşkil olundu.Qeyd edək ki, 210 hektardan artıq birərazidə yerləşən təsərrüfatda müxtəlif növ meyvə növləri yetişdiirlir və xarici ölkələrə ixrac edilir. Ekskursiya zamanı media nümayəndələrinə müxtəlif növ meyvələrin yetişdirilməsi, yığılması, qablaşdırılması prosesi haqqında məlumat verildi. İştirakçılar meyvələrin saxlandığı xüsusi soyuducularla, meyvələri təmizləyən və qablaşdıran avadanlıqlarla tanış oldular.


Xəbərə aid fotolar