Azərbaycana bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi


Digərləri 23 İyl 2018 15:27:00 224 0

Azərbaycana bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi

Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib.

Bakı. İlhamə İsabalayeva- Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib. Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Avropa Dərman Agentliyi (EMA) Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələrinin qiymətləndirilməsini həyata keçirir. Bu tədbir Avropa Birliyində bir-sıra şirkətlərin valsartan tərkibli dərman vasitələrinin istehsalında valsartan təsiredici maddə substansiyası olaraq istifadə etdikləri Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında N-nitrosodimethylamine (NDMA) maddəsinin tapılması ilə əlaqədardır. Laborator testlərin nəticələrinə əsasən N-nitrosodimethylamine (NDMA) maddəsi kanserogen xüsusiyyətlərə malik ola biləcək bir maddə olaraq qiymətləndirilir. Qiymətləndirmə və araşdırmaların aparıldığı bir mərhələdə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələri Avropa Birliyi ölkələrində, ABŞ və bir çox başqa ölkələrdə geri çağrılıb. Bu barədə EMA, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin dərman vasitələrini tənzimləyən rəsmi qurumları öz rəsmi saytlarında məlumat veriblər. Valsartan arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir.