Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb


İdman 23 İyl 2018 15:03:00 243 0

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Goal.az xəbər verir ki, püşkə əsasən, Qarabağ II təsnifat mərhələsində Albaniyanın Kukesi komandasını mübarizədən kənarlaşdıracağı halda, BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Seltik” (Şotlandiya) / “Rusenborq” (Norveç) - AEK (Afina, Yunanıstan)

“Zaltsburq” (Avstriya) - “Şkendiya” (Makedoniya) / “Şerif” (Moldova)

“Srvena Zvezda” (Serbiya) / “Suduva” (Litva) - “Legiya” (Varşava, Polşa) / “Spartak” (Trnava, Slovakiya)

“Kukesi” (Albaniya) / “Qarabağ” (Azərbaycan) - BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya)

“Astana” (Qazaxıstan) / “Mityulland” (Danimarka) -  “Dinamo” (Zaqreb, Xorvatiya) / “Hapoel” (Beer-Şeva, İsrail)

ÇFR (Rumıniya) / “Malmö” (İsveç) -  “Lüdoqorets” (Razqrad, Bolqarıstan) / “Videoton” (Macarıstan)

Liqa yolu

“Standard” (Lyej, Belçika) / “Ayaks” (Hollandiya) – “Şturm” (Qrats, Avstriya)

“Benfika” (Portuqaliya) - “Fənərbağça” (Türkiyə)

“Slaviya” (Praqa, Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) / “Spartak” (Moskva, Rusiya)

Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan komandalar mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər. İlk oyunlar 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.