XİN: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir


Digərləri 23 İyl 2018 14:50:27 231 0

XİN: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir.

Bakı. Elçin Mehdiyev - Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. H.Hacıyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd etdi: "Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir: işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması; Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti; iqtisadi və maliyyə fəaliyyətləri; infrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı; işğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi; işğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər".