Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün yeri və tarixi dəqiqləşdiriləcək


Digərləri 23 İyl 2018 14:53:00 287 0

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün yeri və tarixi dəqiqləşdiriləcək

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün yeri və tarixi dəqiqləşdiriləcək.

Bakı. Elçin Mehdiyev - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi barədə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təkliflər gələcək. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. XİN rəsmisinin sözlərinə görə, bu təkliflər əsasında növbəti görüşün yeri və tarixi dəqiqləşdiriləcək. H.Hacıyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud formatda substantiv danışıqların davam etdirilməsinin tərəfdarıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin