Avropa İttifaqı ölkələrindən Rusiyaya silah daşıyan qruplaşma ifşa olundu


Dünya 23 İyl 2018 14:48:00 336 0

Avropa İttifaqı ölkələrindən Rusiyaya silah daşıyan qruplaşma ifşa olundu

Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi və Dövlət Qvardiyası ilə birlikdə Moskva, Sankt-Peterburq və Yaroslavl sakinlərindən ibarət cinayətkar qruplaşmanı ifşa edib.

Son.az report-a istinadən xəbər verir ki, qruplaşma Avropa İttifaqı ölkələrindən Rusiyaya odlu silah gətirilməsi ilə məşğul olub.

Xüsusi əməliyyat zamanı saxlanılanların yaşadığı məkanlardan 380 ədəd yerli və xarici istehsal məhsulu olan odlu silah, 45 mm-lik piyada minaatanı, "AQS-17" avtomatik qumbaraatan, əldəqayırma partlayıcı cihaz, 15 qəlpəsaçan əl qumbarası, 4500-dən çox səssiz atəş üçün uyğunlaşdırılmış müxtəlif çaplı patron, xeyli sayda odlu silahın əsas və komplektləşdirici hissələri müsadirə edilib.