Çavuşoğlunun Azərbaycana səfəri ilə bağlı XİN-dən açıqlama


Digərləri 23 İyl 2018 14:44:00 278 0

Çavuşoğlunun Azərbaycana səfəri ilə bağlı XİN-dən açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 iyul tarixində Azərbaycana rəsmi səfər edəcək.

Bakı. Elçin Mehdiyev – Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 iyul tarixində Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. H.Hacıyev bildirib ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və M.Çavuşoğlu arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər nəzərdə tutulub: "Azərbaycanla Türkiyə arasında əməkdaşlıq qardaşlıq və strateji müttəfiqlik prinsipinə əsaslanır və hərtərəfli inkişaf edir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin