Real-ın futbolçusu 15 nəfərin xilaskarı oldu


İdman 23 İyl 2018 14:25:00 283 0

Real-ın futbolçusu 15 nəfərin xilaskarı oldu

Real-ın futbolçusu Fabio Koentrao 15 balıqçını xilas etməyə kömək edib. Goal.az xəbər verir ki, balıqçılar sahildən 18 kilometr uzaqlıqda qəzaya uğrayıb. Onlar Aveyru şəhərinə kömək üçün siqnal göndərməyə müvəffəq olublar.

Portuqaliyalı müdafiəçinin sahibi olduğu "Vitoriya Koentrao" gəmisi balıqçılara ən yaxın olub. Gəminin ekipajı hadisə yerinə çatıb və qəzaya uğrayanları xilas edib. Koentrao 2017/2018 mövsümündə icarə əsasında Portuqaliyanın Sporting klubunda çıxış edib.