Serbiya mətbuatı erməni girovluğunda olan həmvətənlərimizin qeyri-insani rəftara məruz qaldığından yazıb


Digərləri 23 İyl 2018 14:18:31 293 0

Serbiya mətbuatı erməni girovluğunda olan həmvətənlərimizin qeyri-insani rəftara məruz qaldığından yazıb

Serbiya mətbuatı erməni girovluğunda olan həmvətənlərimizin qeyri-insani rəftara məruz qaldığından yazıb

Bakı. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət etmiş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsinin, Həsən Həsənovun isə qətlə yetirilməsinin 4-cü ildönümü ilə əlaqədar Serbiyanın nüfuzlu KİV-lərindən olan “Danas” qəzetində “Azərbaycan Əsgərov və Quliyev üçün azadlıq axtarışında” və geniş oxucu kütləsinə malik “BALKANİN” informasiya saytında “Azərbaycan mülki şəxsləri dörd il sonra” başlıqlı məqalələr dərc edilib. Trend-in məlumatına görə, məqalələrdə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz qurumun uydurduğu cinayət işi əsasında D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 illik azadlıqdan məhrum edilməsi, həmçinin Azərbaycan vətəndaşlarını həbs etmiş, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma rejimin Ermənistan tərəfindən “Dağlıq Qarabağ Respublikası” adlandırıldığı qeyd edilərək, bu qurumun Ermənistanın göstərişi və nəzarəti altında olduğu bildirilir. Məqalələrdə vurğulanır ki, D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntüləri onların erməni girovluğunda qeyri-insani rəftara məruz qaldığını açıq şəkildə sübut edir. Daha sonra girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin beynəlxalq səviyyədə götürdüyü bu öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyi bildirilərək, Azərbaycanın humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı ifadə edilir.