İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək


Digərləri 23 İyl 2018 14:05:00 190 0

İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. Trend-in məlumatına görə, bunu UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov deyib. Onun sözlərinə görə, imtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.