"Bizi maşına doldurub, kənddən Ağdama apardılar"


Şou-biznes 23 İyl 2018 13:49:00 320 0

"Bizi maşına doldurub, kənddən Ağdama apardılar"

"Erməni ara vermədən “qrad”la hər yeri dağıtsa da, biz kəndimizdən – Ağdamın Əlimədətli kəndindən çıxmırdıq"

Son.az yenicag.az-a istinadən xəbər verir ki, xalq artisti Nəzakət Teymurova doğulduğu Ağdamın Əlimədətli kəndindəki son günlərini xatırlayarkən bu sözləri işlədib:

"Erməni ara vermədən "qrad"la hər yeri dağıtsa da, biz kəndimizdən - Ağdamın Əlimədətli kəndindən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən "qrad" səsinə oyandıq. Hava işıqlanmamışdı,amma atılan mərmilərin alovundan hər yer işıq idi. Pəncərəmizin şüşələri qırılıb töküldü, evimiz dağıldı, uşaqların çığırtısı anamın naləsinə qarışdı. Ayaqyalın evdən çıxıb küçəyə töküldük. Yolda gördük ki, ölən kim, başı, ayağı kəsilib can verən kim. Qonşumuzda bir ailə vardı, ata-bala öldü, qızı havalandı. Bizi maşına doldurub, kənddən Ağdama apardılar".

Xalq artisti hərbi hissənin yaxınlığında olduqlarından hər gün Kamaz"larla meyit, yaralı gördüyünü deyib: