“Atəşgah” rəngli məhsullarını təqdim etdi


Digərləri 23 İyl 2018 13:30:00 287 0

“Atəşgah” rəngli məhsullarını təqdim etdi

Azərbaycanın sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti müştərilərinə yeni sığorta məhsullarını təqdim edir.

Bakı. Azərbaycanın sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti müştərilərinə yeni sığorta məhsullarını təqdim edir. İki məhsul və bir paketdən ibarət olan sığorta məhsulları yerli sığorta bazarında yalnız “Atəşgah” Sığorta Şirkəti tərəfindən təklif olunur. İcbari nəqliyyat sığortası sahibləri üçün nəzərdə tutulan məhsul müştərilərə üç rəngdə təklif olunur: “Sarı” ,“Narıncı” və onların cəmi olan “Al” paketi. “Sarı” məhsulu üzrə cəmi 19 AZN ödəməklə müştəri, qarşı tərəfin zərəri 5000 AZN-i keçdikdə belə əlavə xərc çəkmir, çünki şirkətin bu məhsulu AVSMMİS-nın “davamı”dır və sığorta təminatının 10 000 AZN-dək artırılmasını nəzərdə tutur. “Narıncı” məhsulu üzrə 19 AZN ödəməklə müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində, öz avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi üçün də əlavə 5 000 AZN ödəniş əldə edə bilər.