Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib


İdman 23 İyl 2018 13:30:00 199 0

Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib

Keşlə ilə yollarını ayıran Pərdis Fərcad-Azadın yeni klubu məlum olub. Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Zirə-də davam etdirəcək. Millimizin sabiq futbolçusu Türkiyədə təlim-məşq toplanışında olan Zirə-nin düşərgəsinə qoşulub. Pərdislə tezliklə bir illik müqavilə bağlanacaq.2012-ci ildə Azərbaycana gələn futbolçunun ölkəmizdə ilk klubu Sumqayıt olub. Pərdis Fərcad-Azad 2016-cı ildə Keşlə-yə keçmişdi.