Braziliyalı qapıçı Sampdoria-da


İdman 23 İyl 2018 13:12:00 299 0

Braziliyalı qapıçı Sampdoria-da

Sampdoria heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, A seriyası təmsilçisi braziliyalı qapıçı Rafael Kabralı transfer edib. O, digər İtaliya klubu Napoli-dən gəlib. Lakin Neapol klubu ilə müqaviləsinin müddəti başa çatan Kabral yeni komandasına pulsuz başa gəlib.

Braziliya yığmasında da oynamış bu futbolçu 2013-cü ildən Napoli-də çıxış edirdi. Lakin Santos-dan transfer edilən 28 yaşlı oyunçu Neapol klubunda əsas heyətin üzvünə çevrilə bilməyib.