Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi


Dünya 23 İyl 2018 12:50:00 231 0

Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi

Mumbai polisi beynəlxalq aeroportda bomba təhlükəsi barədə yalan informasiya verən şəxsi saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, polis bildirib ki, Kutubuddin Şaxivala adlı şəxs hüquq-mühafizə orqanlarına zəng edərək səhər saatlarında Yəmənə uçan xanım sərnişinin çemodanında bomba olması barədə xəbər verib. Daha sonra həmin xanımın baqajı yoxlanılıb və heç bir partlayıcı aşkar edilməyib.

Zənglə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, K.Şaxivala həmin xanımla internetdə tanış olub, sonra ona ailə qurmaq təklif edib. Xanım onun təklifini rədd edincə isə, daim onun üçün problemlər yaradacağı barədə xəbərdarlıq edib.